


Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər
Zaqatala, 6 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə 2026-2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac potensialının artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Dövlət Proqramından irəli gələn məsələlərlə bağlı Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilib.
Müşavirədə aqrar sahədə çalışan qabaqcıl fermerlər, kənd təsərrüfatı mütəxəssisləri, həmçinin aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə Dövlət Proqramının kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişaf etdirilməsində əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib, ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində mühüm mərhələnin başlandığı diqqətə çatdırılıb.
Çıxış edənlər 2026-2030-cu illəri əhatə edəcək Dövlət Proqramının Zaqatala rayonunda da kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına, kənd əhalisinin rifahının yüksəlməsinə və rayonun ölkənin aparıcı aqrar mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildiriblər.
Sonda rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin rəhbərlərinin və fermerlərin təklifləri dinlənilib.
Müxbir – Mustafa Dadaşov
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
Azərbaycançılıq ideologiyasının təməl dayağı güclü və müstəqil dövlət ideyasıdır
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar