


“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
Bakı, 6 iyun, AZƏRTAC
NATO ölkələri Ukraynaya 70 milyard avro həcmində yeni hərbi dəstək paketi üzrə öhdəlik götürülməsi məsələsini nəzərdən keçirirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri NATO ölkələrinin diplomatlarına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, təklif Kiyevə ayrılan yardımın maliyyələşdirilməsinə nəzarət və şəffaflığın təmin olunması üçün yeni mexanizmin yaradılmasını nəzərdə tutur.
Məqalədə qeyd olunur ki, təşəbbüs bəzi ölkələrin Ukraynaya dəstəyin maliyyə yükünü digərlərinə nisbətən daha çox daşıdıqlarını bildirmələri fonunda irəli sürülüb.
“Politico”nun mənbələrinin iddiasına görə, bu təşəbbüs ötən ay Almaniya tərəfindən təqdim edilib.
Müvafiq qərarın Ankarada keçiriləcək NATO sammitində müzakirəyə çıxarılması gözlənilir.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib