


“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Bakı, 6 iyun, AZƏRTAC
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner İranla aparılan danışıqlar çərçivəsində Tennessi ştatındakı Oak Ridc Milli Laboratoriyasında məsləhətləşmələr keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Oak Ridcdə keçirilən görüş Vaşinqton və Tehran arasında razılaşmanın mütləq əldə olunacağı anlamına gəlmir. Bununla belə, bu addım danışıqların ciddi mərhələyə daxil olduğunu və tərəflərin mümkün nəticələrə hazırlaşdığını göstərir.
“Bu, razılaşmanın baş tutacağı demək deyil. Lakin danışıqların çox ciddi mərhələdə olduğuna, uğur əldə etmək üçün real imkanların mövcudluğuna və buna hazır olmaq istədiyimizə işarədir”, – deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.
Məqalədə qeyd olunur ki, Vitkoff və Kuşner Oak Ridcdə daha əvvəl Omanda İranla aparılan danışıqlarda iştirak etmiş nüvə mütəxəssisləri ilə də görüşüblər.
ABŞ rəsmisinin sözlərinə görə, məsləhətləşmələrdə İranla mümkün razılaşmanın texniki aspektlərinin həyata keçirilməsi üzrə təcrübəyə malik aparıcı amerikalı nüvə mütəxəssisləri iştirak ediblər.
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib
Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib
ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır