


Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Azərbaycan Dövlət Film Fondunda görkəmli televiziya xadimi Ofeliya Sənaninin 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə sənətkarın ailə üzvləri, sənət yoldaşları və onu sevənlər bir araya gələrək Ofeliya xanımın həyat və yaradıcılıq yoluna nəzər salıblar.
Ofeliya Sənani 1959-cu ildə, hələ orta məktəbin 10-cu sinfində oxuyarkən, Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. O, sonrakı illərdə Azərbaycan televiziyasının yaddaqalan simalarından birinə çevrilərək müxtəlif verilişlərin aparıcısı kimi tamaşaçıların rəğbətini qazanıb.
Uzun illər televiziya məkanında səmərəli fəaliyyət göstərən Ofeliya Sənani 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb.
Tədbirdə onun televiziya və radio sahəsindəki xidmətləri xüsusi vurğulanıb, peşəkar fəaliyyəti minnətdarlıqla xatırlanıb.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.
Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub
Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO
Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb