


Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
Hernandarias, 5 iyun, AZƏRTAC
Paraqvay Respublikasının Hernandarias şəhərində UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Azərbaycan da bu Şuranın üzvüdür.
Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, sessiyada ölkəmiz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin nümayəndə heyəti ilə təmsil olunur.
Sessiyanın bugünkü iclası çərçivəsində komitə üzvlərinin yekdil qərarına əsasən, Azərbaycanın “Böyük Qafqaz Biosfer Reservi” nominasiya faylı UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilib. Bu ərazi Azərbaycanın Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilən ilk ərazisidir.
Qeyd edək ki, dünyanın 142 ölkəsində UNESCO-nun 784 biosfer qoruğu mövcuddur.
Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub
Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO
Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb