×
A
A
A
Sazlamalar

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Bakı, 5 iyun, AZƏRTAC

ADA Universitetində keçirilən 14-cü Beynəlxalq Festivalda iştirak Yaponiya ilə Azərbaycan arasında humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi, Mədəniyyət şöbəsinin müdiri Tayçji Tsuçiya tədbir zamanı bildirib.
O qeyd edib ki, iki ölkə arasında coğrafi məsafəyə baxmayaraq, bu cür tədbirlər mədəni qarşılıqlı əlaqələri genişləndirir və ikitərəfli münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradır.
Onun sözlərinə görə, universitetdə keçirilən festival vacib bir platformadır, burada müxtəlif ölkələrin səfirlikləri öz milli mədəniyyətlərini təqdim edir, tələbələr və qonaqlar isə qlobal mədəni müxtəlifliklə daha yaxından tanış olur.
Tayçji Tsuçiya, həmçinin səfirliyin festivalda müntəzəm iştirakından məmnunluğunu ifadə edərək, tədbirin mədəni mübadilə üçün davamlı platforma kimi əhəmiyyətini qeyd edib.

Müxbir – Lalə Minasazova
Fotoqraf – Nicat Həşimov

Mədəniyyət 2026-06-05 19:05:00