


WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib
Bakı, 5 iyun, AZƏRTAC
5 İyun - Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) birgə təşkilatçılığı ilə yan tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında UNEP-in icraçı direktoru İnger Andersen, Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov və ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə çıxış ediblər.
Çıxışlarda metan emissiyalarının azaldılmasının iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu istiqamətdə görülən işlər barədə məlumat verilib.
Daha sonra "Metanın azaldılması üzrə birgə fəaliyyət: Kənd təsərrüfatı, enerji və tullantılar üzrə həllər” mövzusunda panel sessiya təşkil olunub.
Sessiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Neft Şirkəti, “Təmiz Şəhər” ASC və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirakı ilə metan emissiyalarının azaldılması istiqamətində görülən işlər, bu sahədə birgə fəaliyyətin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.
Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır
Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ