×
A
A
A
Sazlamalar

Marianxeles Belluşi: “El Calor en Baku” festivalı azərbaycanlıları Argentina mədəniyyəti ilə tanış edəcək

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan paytaxtının tarixi mərkəzində - İçərişəhərdə keçiriləcək “El Calor en Baku” festivalı şəhərin sakinlərinə və qonaqlarına Argentina mədəniyyəti və ənənələri ilə yaxından tanış olmağa imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi ADA Universitetində keçirilən 14-cü Beynəlxalq Festivalda bildirib.
Diplomatın sözlərinə görə, bugünkü tədbirdə argentinalı müəlliflərin ispan dilindən Azərbaycan dilinə tərcümə olunmuş kitabları təqdim olunur. Ziyarətçilər, həmçinin Argentinanın milli içkisini dada, dada və tanqo ifalarından zövq ala biləcəklər.
Səfir Azərbaycan və Argentina arasında mədəni əlaqələrin fəal inkişafını da vurğulayıb.
O, həmçinin qeyd edib ki, 19-24 iyun tarixlərində İçərişəhərdə Argentina Mədəniyyət Həftəsi və “El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı keçiriləcək. Proqrama iki orkestrin və dünya tanqo çempionlarının çıxışları, Argentina folkloru üzrə ustad dərsləri, film nümayişləri, qastronomik təqdimatlar və digər mədəni tədbirlər daxildir.
Səfir vurğulayıb ki, ədəbiyyat, tanqo, kino və digər mədəni layihələr vasitəsilə Argentina Azərbaycan auditoriyasını öz tarixi, adət-ənənələri və müasir incəsənəti ilə tanış edir.

Müxbir – Lalə Minasazova
Foto – Nicat Həşimov

 

Mədəniyyət 2026-06-05 16:28:00