


Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
Berlin, 5 iyun, AZƏRTAC
Almaniyada yeni rəy sorğusunun nəticələri hakim Xristian Demokratlar/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) ilə Sosial Demokrat Partiyasından (SPD) ibarət “qara-qırmızı” koalisiyanın reytinqinin aşağı səviyyədə qalmaqda olduğunu göstərib.
AZƏRTAC xəbər verir ki, ZDF televiziyasının sifarişi ilə keçirilən “Politbarometer” rəy sorğusunun nəticələrinə görə, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası 27 faizlə birinci yerdə qərarlaşıb. Onu 25 faizlə CDU/CSU izləyir. SPD rekord səviyyədə aşağı göstəricisi olan 12 faizdə Yaşıllar Partiyasından da (14 faiz) geri düşüb, Sol Partiya isə 11 faiz dəstək qazanıb. Azad Demokratlar Partiyası (FDP) isə cəmi 3 faizlik nəticə ilə Bundestaqda təmsil olunmaq üçün 5 faizlik baryeri aşa bilmir.
Bu nəticələrə əsasən, CDU/CSU və SPD-dən ibarət koalisiya hazırda parlament çoxluğunu təmin edə bilməzdi. Bununla belə, respondentlərin yarıdan bir qədər çoxu - 52 faizi hökumətin 2029-cu ildə keçiriləcək növbəti federal seçkilərə qədər fəaliyyətini davam etdirəcəyinə inanır.
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib
Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib
ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır