


Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
Moskva, 5 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərin sualını cavablandıran Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Mətbuat katibi Rusiya Prezidentinin həmin məktubun məzmunu ilə bağlı reaksiyasına aydınlıq gətirməyib. O deyib: “Qabaqcadan heç nə demək istəmirəm”.
Peskovun sözlərinə görə, sözügedən məktub rəsmi kanallarla Kremlə daxil olmayıb.
O, həmçinin bildirib ki, Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar sessiyasında Volodimir Zelenskinin məktubunun mövzusuna toxunula bilər.
Kremlin sözçüsü əlavə edib: “Qarşıda plenar sessiya var və böyük ehtimalla deyə bilərəm ki, bu mövzu bu və ya başqa şəkildə gündəmə gələcək”.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib