


Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
Astana, 5 iyun, AZƏRTAC
Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “İnzibati ədalət və qanunun aliliyinin təmin edilməsində onun rolu” beynəlxalq forumundakı çıxışında bildirib.
O qeyd edib: “Qazaxıstan inkişafının yeni tarixi mərhələsinə qədəm qoyur. Bu gün mən beş konstitusiya qanunu imzaladım. Yeni Konstitusiyaya uyğun olaraq, dövlət idarəetmə sistemi “Güclü Prezident - nüfuzlu Qurultay - hesabatlı hökumət” konsepsiyası əsasında əsaslı şəkildə modernləşdiriləcək. Bu hüquqi islahatlar ölkədə gedən sosial-iqtisadi transformasiyalara güclü təkan verəcək”.
Prezident, həmçinin vurğulayıb ki, davam edən işlər ədalətli Qazaxıstanın qurulmasına yönəlib, burada qanun və qayda prinsipi tətbiq olunur və hamı üçün bərabər imkanlar yaradılır. Məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi ən vacib prioritetdir.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib