


Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Bir nəsildə görülən ən ciddi enerji böhranı qlobal iqtisadiyyatı sıx təzyiq altında saxlayır və bərpaolunan enerji mənbələrinin üstünlükləri barədə mühüm bir həyat dərsi verir. Eyni zamanda, ölkələr sərt keçəcəyi gözlənilən El Nino hadisəsinə, rekord istilərə və güclü yağışlara hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirin iştirakçılarına videomüraciət zamanı deyib.
“2026-cı ilin hələ yarısına çatmış olsaq da, bu ilin verdiyi dərs artıq aydındır: iqlim fəaliyyəti, iqtisadi sabitlik, milli təhlükəsizlik bütün dünyada insanların rifahı üçün həyati əhəmiyyət daşıyır. Biz bu dinamikanı qoruyub saxlamalı və fəaliyyətimizi sürətləndirməliyik. Elmin tələb etdiyi sürətlə irəliləmək, iqtisadiyyatları möhkəmləndirmək və insan həyatlarını xilas etmək üçün bunu etməliyik. Bu isə o deməkdir ki, qlobal iqlim öhdəlikləri sürətli və ədalətli şəkildə həyata keçirilməlidir. Bu, 2030-cu ilə qədər dünyada bərpaolunan enerji gücünün üç dəfə artırılması deməkdir. Bu, qalıq yanacaqlardan uzaqlaşmaq, meşələrin qırılmasının dayandırılması, Azərbaycanın sədrliyi dövründə COP29-da razılaşdırılmış yeni iqlim maliyyələşdirilməsi hədəfinin həyata keçirilməsi deməkdir. Bu istiqamətdə Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm”, - deyə o vurğulayıb.
Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ
WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib
Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır