


Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
Bakı, 5 iyun, AZƏRTAC
May ayında Avropada təbii qazın 1 milyon BTU-ya görə (British thermal unit - Britaniya istilik vahidi) orta qiyməti 16,17 dollar, ABŞ-də isə 2,93 dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankının aylıq hesabatında deyilir.
Bildirilir ki, cari ilin birinci rübündə təbii qazın orta qiyməti Avropada 13,63 dollar, ABŞ-də 4,75 dollar olub. Martda Avropada qazın qiyməti 17,91 dollar, Birləşmiş Ştatlarda 3,06 dollar, aprel ayında isə müvafiq olaraq 15,41 dollar və 2,77 dollar təşkil edib.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib