


UNEP-in icraçı direktoru: Azərbaycan iqlim fəaliyyəti sahəsində mühüm və strateji rol oynamaqda davam edir VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan iqlim fəaliyyəti sahəsində həm qlobal, həm regional, həm də milli səviyyədə mühüm və strateji rol oynamaqda davam edir. COP29-a ev sahibliyi edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli liderlik nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O xatırladıb ki, ötən ay Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edib. “Bu forum dünya şəhərlərində iqlim dayanıqlılığına, təbiətə və şəhər inkişafına diqqət yetirilməsinin vacibliyini ön plana çıxardı. İqlim dəyişikliyi, həqiqətən də, hamımızın diqqət mərkəzində olmalı bir məsələdir. Qlobal temperatur yüksəlir, iqlim dəyişikliklərinin təsirləri güclənir və planet bizə müxtəlif siqnallar göndərir. Bu siqnallar özünü istilik dalğaları, quraqlıqlar, daşqınlar, səhralaşma, qum və toz fırtınaları şəklində göstərir. Bu təsirlər hamımıza zərər vurur, lakin ən çox əziyyət çəkənlər yoxsullar və həssas əhali qruplarıdır”, - deyə İnger Andersen vurğulayıb.
Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ
WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib
Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır