


Rəşad İsmayılov: Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və meşə fondu ərazilərinin meşə ilə örtülü sahəsinin artırılması sahəsində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilib və böyük nailiyyətlər əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, son 20 il ərzində təkcə Bakı şəhərində 100-dən çox park və yaşıllıq zonası salınıb, ekoloji tarazlığın qorunması və vətəndaşların daha sağlam mühitdə yaşaması istiqamətində genişmiqyaslı layihələr icra olunub.
"Azərbaycan zəngin biomüxtəlifliyə malik ölkədir. Bu mirasın mühafizəsi - qorunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların inkişafı, meşə ilə örtülü sahələrin artırılması və nadir növlərin tarixi areallarına qaytarılması bu günün məsuliyyəti, gələcəyə isə töhfəmizdir. Son illərin uğurları kimi Axar-Baxar və İlisu Milli parklarının yaradılması ilə mühafizə olunan ərazilər şəbəkəsinin ölkə ərazisi miqyasında 10 faizdən çox genişləndirilməsini, Qarabağ və Şərqi Zəngəzurda yeni milli parkların yaradılması işlərinə başlanılmasını göstərmək olar. Bu prosesdə qeyri-hökumət təşkilatlarının da əhəmiyyətli töhfəsi olub. Ekoloji təşəbbüslər, o cümlədən biomüxtəlifliyin qorunması, nəsli kəsilməkdə olan növlərin tarixi areallara qaytarılması və bərpası üzrə IDEA İctimai Birliyinin və ekokönüllülərin dəstəyi ilə həyata keçirilən layihələr mühüm nəticələr verib", - deyə nazir diqqətə çatdırıb.
Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ
WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib
Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır