


® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
ABB kiçik fərdi sahibkarlar üçün yeni kredit kartını – “Bizkart”ı təqdim edib. “Bizkart” vasitəsilə sahibkarlar biznes və gündəlik xərclərini daha rahat idarə edə bilərlər.
“Bizkart”la fərdi sahibkarlara 15 min manatadək kredit xətti açılır. Kart üzrə 45 günədək güzəşt müddəti var. Bu, o deməkdir ki, fərdi sahibkar kredit kartı ilə nağdsız ödənişlər etdikdə istifadə etdiyi məbləği güzəşt müddəti ərzində faizsiz geri qaytara bilər.
Gündəlik biznes xərcləri üçün təcili dövriyyə vəsaitinə ehtiyacı yarandıqda “Bizkart” optimal həll yoludur. Sahibkar lazımi vəsaiti çox asanlıqla əldə edir, xərclədiyi vəsaiti isə 45 günədək faizsiz geri qaytara bilir.
“Bizkart”ın əsas üstünlükləri:
-15 min manatadək kredit xətti;
-45 günədək güzəşt müddəti;
-Zaminsiz və girovsuz təqdim edilir;
-Kart ödənişsizdir;
-VÖEN-lə çalışan hər bir fərdi sahibkar “Bizkart” əldə edib onun üstünlüklərindən faydalana bilər. “Bizkart”ı “ABB Biz” tətbiqindən sifariş vermək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb