


Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.
Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrədək olub.
İyunun 4-də saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə, saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 millimetr, rayonun Düzyurd və Talakənd kəndlərinə də dolu düşüb.
Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ
WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib
Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır