


Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
Kiyev, 4 iyun, AZƏRTAC
Ukraynanın Müdafiə Qüvvələri Krımda Rusiyanın sərhəd gözətçi gəmisinə, Ukraynanın işğal olunmuş ərazilərində yerləşən bir sıra obyektlərə, eləcə də Rusiya ərazisindəki barıt zavoduna və anbarlara zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində bildirib.
Bundan başqa, Xarkov vilayətinin Novoeqorovka yaşayış məntəqəsi yaxınlığında rusların silah və hərbi texnikasının cəmləşdiyi məkan, eləcə də Donetsk vilayətinin Oçeretin ərazisindəki idarəetmə məntəqəsi vurulub.
Həmçinin Donetsk vilayətinin Qrintal rayonu yaxınlığında sursat anbarı, o cümlədən Krımın Simferopol şəhərində və Zaporojye vilayətinin Melitopol şəhərində yanacaq-sürtkü materialları anbarları hədəf alınıb.
Eyni zamanda, Ryazan vilayətində yerləşən “Qefest-M” MMC-nin filialı olan “Elastik” barıt zavodunun ərazisi vurulub. Baş Qərargahın məlumatına görə, 400 kvadratmetrdən çox ərazidə yanğın başlayıb.
Aparılmış əlavə təhlilin nəticələrinə əsasən müəyyən edilib ki, Sankt-Peterburqda yerləşən neft terminalı ərazisində bir rezervuar məhv edilib, altı rezervuar və iki texniki estakada zədələnib.
Rusiyanın Tambov vilayətində yüksək dəqiqlikli silahlar üçün komponentlər istehsal edən Miçurinsk “Proqress” zavodunda 200 kvadratmetrdən çox sahəsi olan anbar binasında da yanğın baş verdiyi təsdiqlənib.
Axios: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib
Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib
ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır