


Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 6-7-də Estoniyanın paytaxtı Tallində cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmiz yarışda 7 çəki dərəcəsində 10 qadın cüdoçu ilə təmsil olunacaq.
Turnirdə Şəfəq Həmidova, Diana Tçkayeva (hər ikisi 48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Ülviyyə Bayramova, Gülnarə Bayramova (hər ikisi 57 kiloqram), Fidan Əlizadə (63 kiloqram), Aytac Qardaşxanlı, Südabə Ağayeva (hər ikisi 70 kiloqram), Nərmin Əmirli (78 kiloqram) və Madina Kaisinova (+78 kiloqram) mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 35 ölkədən 261 idmançı qüvvəsini sınayacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, A kateqoriyalı hakimlər Arzu Acalova və Rəşad Əliyev də yer alacaq.
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi