×
A
A
A
Sazlamalar

DSMF: Ötən ay 31 min 746 vətəndaşın müraciəti cavablandırılıb

Bakı, 4 iyun, AZƏRTAC

Cari ilin may ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 31 min 746 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin vətəndaşların 60-ı fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1221-i fondun Aparatının Qəbul Mərkəzində, 1548-i mərkəzi, 28 min 917-si isə regional filiallarda qəbul edilib.

Cəmiyyət 2026-06-04 17:59:00