


QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur
Bakı, 6 iyun, AZƏRTAC
İstanbulda Sıfır Tullantı Festivalı öz işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və Agentliyin Departament rəhbəri Fuad Rzazadə Forumun açılış mərasimində iştirak ediblər. Heyət “Sıfır Tullantı – qlobal məsuliyyət kimi”, “Siyasətdən icraya: yerli idarəetmə orqanları üçün fəaliyyət bələdçisi” adlı müzakirələrə də qatılıb, Azərbaycan pavilyonunu ziyarət olunub.
İyunun 7-dək davam edən festival müddətində istifadə olunacaq elektrik enerjisi tamamilə bərpaolunan enerji mənbələrindən təmin ediləcək və bunun beynəlxalq standartlara uyğun sertifikatlarla təsdiqlənəcəyi bildirilir. Bu xüsusiyyəti ilə tədbir dünyanın bərpaolunan enerji mənbələri sertifikatına malik ilk festivalı olmaq xüsusiyyəti daşıyacaq.
Qeyd edək ki, Forum bu il noyabrın 9-20-də Antalya şəhərində təşkil olunacaq COP31 çərçivəsində keçirilir.
Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS
Binədə mağazada yanğın baş verib VİDEO
ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub