


“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
Bakı, 4 iyun, AZƏRTAC
Yaxın illərdə Amerikanın texnologiya nəhəngi “Amazon” Avropadakı paylama mərkəzlərinin genişləndirilməsinə və modernləşdirilməsinə 10 milyard avro sərmayə qoyacaq.
AZƏRTAC xəbər verir ki, bu investisiyanın Avropa işçi qüvvəsini 25 min nəfər artıracağı gözlənilir. Şirkətdə hazırda 230 min nəfər işləyir.
Şirkət, həmçinin əməliyyat proseslərini təkmilləşdirməyə və robot imkanlarını genişləndirməyə çalışır. Məsələn, sonuncu işçilərə daha az ağır iş görməyə və keyfiyyətə nəzarət kimi tapşırıqlara daha çox diqqət yetirməyə imkan verəcək, - deyə “Nu.nl” yazır.
İnvestisiyalar, həmçinin “Amazon”un çatdırılma xidmətini daha da inkişaf etdirməyə yönəlib. Şirkət bu il daha çox çatdırılma məntəqəsi açmağı planlaşdırır ki, müştərilər onlayn sifariş verdikdən sonra həmin gün mallarını evdə ala bilsinlər. Bu məqsədlə “Amazon” yaşayış məntəqələrinin yaxınlığında və şəhər mərkəzlərində tikiləcək mikropaylama mərkəzlərindən də istifadə edir.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib