×
A
A
A
Sazlamalar

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
AZƏRTAC xəbər verir ki, 42 vaqondan ibarət, çəkisi 2475 ton olan dizel yanacağı bu gün Güzdək stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Müxbir: Mehrac Ağasiyev

 

İqtisadiyyat 2026-06-04 17:01:00

Video