×
A
A
A
Sazlamalar

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

Bakı, 4 iyun, AZƏRTAC

“Sabah” futbolçusu Tellur Mütəllimovla müqaviləni yeniləyib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 31 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2 ildir.
Tellur Mütəllimov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu Bakı klubunda ümumilikdə 102 oyun keçirib. O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.

 

İdman 2026-06-04 16:43:00