


İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
Bakı, 4 iyun, AZƏRTAC
Tehran Hörmüz boğazından tranzit üçün ödəniş almaq niyyətində deyil. O, yalnız gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş tələb edir.
AZƏRTAC xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə “Mehr” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, İran və Oman həmin bölgədə gəmilərə bir sıra xidmətlər göstərir və nəzərdə tutulan ödənişlər də məhz bu xidmətlərlə bağlıdır. Kazem Qəribabadi qeyd edib ki, burada naviqasiya təminatı, axtarış-xilasetmə əməliyyatları, gəmiçilik təhlükəsizliyi sahəsində xidmətlər, eləcə də ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi fəaliyyətlərdən söhbət gedir.
Nazir müavini vurğulayıb ki, İranın məqsədi keçid və ya tranzit rüsumu tətbiq etmək deyil, göstərilən xidmətlərin qarşılığını almaqdır.
“Belə tədbirlər beynəlxalq dəniz hüququnun normalarına zidd deyil. BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyası sahilyanı dövlətlərə müəyyən xidmətlərin göstərilməsinə görə ödəniş almaq hüququ verir”, - deyə Kazem Qəribabadi bildirib.
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib