


Polşa Avropa İttifaqına üzvlük yolunda Ukrayna üçün yeni maneəyə çevrilə bilər
Bakı, 4 iyun, AZƏRTAC
Polşa Ukraynanın Avropa İttifaqına üzvlüyü yolunda yeni maneəyə çevrilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The European Conservative” jurnalında dərc olunan məqalədə deyilir.
Məqalə müəllifinin fikrincə, Varşava ilə Kiyev arasında münasibətlərin korlanması fonunda Polşa hökumətinin siyasəti Ukraynaya qarşı daha sərt və qarşıdurma xarakteri ala və bu ölkənin Avropa İttifaqına üzvlüyünə əngəl yarada bilər.
Polşa ilə Ukrayna arasında gərginliyin yeni mərhələsi mayın 26-da Ukrayna Prezidenti Volodimir Zelenskinin Xüsusi Əməliyyat Qüvvələrinin “Şimal” xüsusi əməliyyatlar mərkəzinə Ukrayna Üsyançı Ordusunun döyüşçülərinin adının verilməsi barədə qərarından sonra yaranıb. Bu addım Polşada ciddi narazılıq doğurub. Polşanın sabiq Prezidenti Lex Valensa Volodimir Zelenskinin bu qərarla həlak olmuş polyakların xatirəsini təhqir etdiyini bildirib. Polşa Prezidenti Karol Navrotski isə Ukrayna dövlət başçısının ölkənin ən ali dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilməsi təklifini irəli sürüb.
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib