×
A
A
A
Sazlamalar

“Qəbələ” klubu yetirməsi ilə yollarını ayırıb

Bakı, 4 iyun, AZƏRTAC
“Qəbələ” futbol komandası kapitanı Murad Musayevlə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə bölgə təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasında debüt edib.
Murad Musayev “Qəbələ”nin heyətində ölkə çempionatında və kubokunda 173 oyunda meydana çıxıb, 4 qol vurub.
O, “Qəbələ” ilə 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

İdman 2026-06-04 16:23:00