


Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib
Astana, 4 iyun, AZƏRTAC
Qazaxıstan regionlararası qarşılıqlı əlaqələrin gücləndirilməsində və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsində maraqlıdır.
AZƏRTAC Qazaxıstan Prezidentinin ofisinə istinadla xəbər verir ki, bu məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Sülh Şurasının baş müşaviri Arye Laytstoun arasında keçirilən görüşdə müzakirə olunub. İki tərəf TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) təşəbbüsünü və Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə edib.
Laytstoun Qazaxıstanın Sülh Şurasında və digər beynəlxalq təşəbbüslərdə fəal iştirakını, o cümlədən İbrahim sazişlərinə qoşulmaq qərarını yüksək qiymətləndirib.
Öz növbəsində, Tokayev Qazaxıstanın Sülh Şurasında iştirakının vacibliyini qeyd edib. “Sülh Şurasının təsisçi üzvlərindən biri olaraq əminik ki, bu qurum qlobal sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə səmərəli töhfə verəcək”, - deyə dövlət başçısı bildirib.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli gündəmlərin geniş spektri üzrə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb