


Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil
Bakı, 4 iyun, AZƏRTAC
“Almaniya üçün Alternativ” partiyasının həmsədri Alis Vaydel Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün Almaniyanın maraqlarına cavab vermədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, siyasətçi bu fikri Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlanması istiqamətində rəsmi hazırlıqların aparılması barədə məlumatı şərh edərkən səsləndirib.
Alis Vaydel Ukraynanın Avropa İttifaqına üzvlüyünün, ilk növbədə, Almaniya üçün böyük maliyyə yükü yaradacağını vurğulayıb. Partiya həmsədri hesab edir ki, bu, Berlin üçün əlavə öhdəliklər formalaşdıracaq.
Siyasətçinin fikrincə, belə bir qərarın siyasi və iqtisadi nəticələri Almaniya tərəfindən diqqətlə qiymətləndirilməlidir.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib