


Trans-Xəzər marşrutuna tələbat artır: Batumi limanından Qazaxıstana məxsus 31 min ton yük daşınıb
Astana, 4 iyun, AZƏRTAC
2026-cı ilin əvvəlindən Batumi Dəniz Limanı vasitəsilə Qazaxıstana məxsus 31 min ton yük daşınıb.
AZƏRTAC “KazMunayGas”a istinadla xəbər verir ki, mallar Mərakeş, Türkiyə və digər ölkələrə ixrac olunur.
Daşınma həcmlərinin sabit dinamikası Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz – red.) tələbatı, həmçinin Qazaxıstan, Gürcüstan və beynəlxalq bazarlar arasında logistika əməkdaşlığının gücləndiyini təsdiqləyir.
Batumi Dəniz Limanı 1878-ci ildə inşa edilib və Qara dənizdəki ən qədim limanlardan biridir. Liman infrastrukturuna 11 körpü, neft terminalı, universal terminal və konteyner terminalı daxildir. Onun ümumi ötürmə qabiliyyəti ildə 21 milyon tondur.
“KazTransOil” Gürcüstandakı aktivləri Batumi Neft Terminalı MMC vasitəsilə idarə edir.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Asiya ilə Avropanı birləşdirir.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib