


İstanbulda Sıfır Tullantı Festivalına start verilib
İstanbul, 4 iyun, AZƏRTAC
Bu gündən İstanbulda Sıfır Tullantı Festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, İstanbulun Atatürk hava limanında keçirilən festival enerji səmərəliliyindən iqtisadiyyata, texnologiyadan incəsənətə qədər geniş məzmunu əhatə edəcək.
İyunun 7-dək konsertlər, müxtəlif tədbirlər və ustad dərslərinə ev sahibliyi edəcək festivalda 1 milyon ziyarətçinin iştirakı gözlənilir.
Festival müddətində istifadə olunacaq elektrik enerjisi tamamilə bərpaolunan enerji mənbələrindən təmin ediləcək və bunun beynəlxalq standartlara uyğun sertifikatlarla təsdiqlənəcəyi bildirilir. Bu xüsusiyyəti ilə tədbir dünyanın bərpaolunan enerji mənbələri sertifikatına malik ilk festivalı olmaq xüsusiyyəti daşıyacaq.
Bundan əlavə, İstanbulda iyunun 1–dən 7-dək qeyd olunan Sıfır Tullantı Həftəsi çərçivəsində şəhərin 39 rayonunda 1500-dən çox tədbir keçiriləcək. Dövlət qurumları, yerli idarəetmə orqanları, qeyri-hökumət təşkilatları, universitetlər və vətəndaşların iştirakı ilə baş tutacaq bu fəaliyyətlər sıfır tullantı şüurunun şəhər miqyasında daha geniş yayılmasına töhfə verəcək.
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib