


AZPROMO: Zərgərlik məhsullarının ixrac dəyəri artıb
Bakı, 4 iyun, AZƏRTAC
Zərgərlik Azərbaycanda qədim sənət növüdür və bu gün azərbaycanlı ustaların hazırladıqları zərgərlik məmulatlarına dünya bazarında tələbat var.
AZƏRTAC xəbər verir ki, bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən “Azerbaijan Jewelry Show” sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, cari ilin birinci rübündə Azərbaycanda zərgərlik məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artıb ki, bu da təsadüfi xarakter daşımır.
“Milli ornamentləri özündə əks etdirən zərgərlik məmulatları xüsusi rəğbətlə qarşılanır və geniş alıcı kütləsinə malikdir. Zərgərlik sənayesi Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. İlk növbədə milli iqtisadiyyatın ixrac potensialını artırır və çoxgəlirli sahədir. Bu biznes növü istehsalımıza və ixracımıza əlavə dəyər qatır. Bu gün keçirilən sərgidə nümayiş olunacaq məhsullar mütləq alıcı tapacaq. Sərgidə iştirak edən xarici ölkələrin iş adamları ilə yerli zərgərlərin əlaqə qurub əməkdaşlıq etmələri üçün də imkan yaradılıb”, - deyə Tural Hacılı qeyd edib.
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb