


Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib
Bakı, 4 iyun, AZƏRTAC
“Ceer Plastik” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, investisiya dəyəri 5 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən Sənaye Parkının ərazisində plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb