


Mərkəz rəisi: DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb
Bakı, 4 iyun, AZƏRTAC
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi xidmət orqanları ilə böyük şəbəkəsi var. Dünyanın 160 milli kibertəhlükəsizlik mərkəzləri ilə əlaqə nöqtəmiz mövcuddur. Budapeşt Konvensiyası çərçivəsində 24/7 əlaqə kanalımız var və biz kibercinayətkarlığın araşdırılması istiqamətində tədbirlər görürük.
AZƏRTAC xəbər verir ki, bunu DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.
D.Rüstəmov fikirlərinə belə davam edib: “Eyni zamanda, BMT-nin yeni qəbul olunmuş və Azərbaycanın ilk ratifikasiya etdiyi beynəlxalq sənədin - Kibercinayətkarlığa qarşı Konvensiyanın üzərində də işlər gedir. Bununla yanaşı, DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb. Kibertəhqiqatın təhqiqat və kibertədqiqat hissələri tandemdə çalışacaq. Bu fəaliyyət nəticəsində xüsusilə APT kimi ciddi kibertəhdidlərə qarşı mübarizədə ciddi irəliləyişlər əldə olunmasını hədəfləmişik”.
Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib
QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur
Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib