×
A
A
A
Sazlamalar

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Bakı, 4 iyun, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələrinin Simferopolda yaşayış olmayan binalara hücumu nəticəsində üç nəfər ölüb, yeddi nəfər yaralanıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Krımın qubernatoru Sergey Aksyonov məlumat verib.
Krım rəhbəri təcili yardım xidmətlərinin hadisə yerində olduğunu qeyd edib. Aksyonov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və bütün yaralılara tezliklə sağalmalarını arzulayıb, əlavə edib ki, hakimiyyət orqanları dəstək və yardım göstərəcək.

Dünya 2026-06-04 07:14:00