×
A
A
A
Sazlamalar

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Vaşinqton, 4 iyun, AZƏRTAC

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər.
AZƏRTAC-ın məlumatına görə, razılaşma Tramp administrasiyasının rəhbərliyi ilə günlərlə davam edən danışıqlardan sonra əldə edilib və hər iki ölkə hərbi əməliyyatları dayandırmaq və daha geniş sülh razılaşmasına yönəlmiş birbaşa danışıqları davam etdirmək öhdəliyini götürüb.
Atəşkəs “Hizbullah”ın hücumlara son qoyması, döyüşçülərin cənubi Livandan çıxarılması və silahlı qrupların əraziyə qayıtmasının qarşısının alınması şərti ilə qüvvədə qalır.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

 

Dünya 2026-06-04 06:03:00