


Tramp Netanyahunu tənqid etsə də, əməkdaşlığın davam etdiyini bildirdi
Bakı, 3 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə sonuncu telefon danışığı zamanı ədəbsiz ifadələr işlətdiyini və onu “lənətə gəlmiş dəli” adlandırdığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bunu “New York Post” qəzetinə müsahibəsində deyib. ABŞ dövlət başçısı bunun səbəbindən danışarkən Binyamin Netanyahunun Livanla davam edən düşmənçiliyindən bir az narahat olduğunu qeyd edib. Buna baxmayaraq, Donald Tramp İsrailin Baş naziri ilə məhsuldar əməkdaşlığı davam etdirdiyini və ona qarşı hələ də xoş hisslər bəslədiyini vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə “Axios” portalı mənbələrinə istinadla məlumat yaymışdı ki, Birləşmiş Ştatların dövlət başçısı Binyamin Netanyahu ilə telefon danışığı zamanı İsrailin Livandakı hərəkətlərini tənqid edərək ona qarşı ədəbsiz ifadələr işlədib və bunun İranla danışıqları təhlükəyə atdığını bildirib.
Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib
Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb