


Səidə Sübhi: Səməd Vurğun yeni nəsil şairlərin də ilham mənbəyidir
Bakı, 3 iyun, AZƏRTAC
AZƏRTAC Səməd Vurğun yaradıcılığının əhəmiyyəti ilə bağlı mədəniyyət xadimləri ilə söhbətlər silsiləsini davam etdirir. Qonağımız Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Somnambula” şeir toplusunun müəllifi, çoxsaylı milli və beynəlxalq poeziya müsabiqələrinin və festivallarının iştirakçısı və laureatı şairə Səidə Sübhidir.
Şairə Səməd Vurğun yaradıcılığının həm oxucular, həm də müasir şair və yazıçılar üçün necə aktual və maraqlı olduğundan bəhs edib.
O vurğulayıb: “Səməd Vurğun əsərlərində Vətənə sevgi, humanizm, ədalət və təbiətin gözəlliyinə heyranlıq kimi ümumbəşəri dəyərləri tərənnüm edirdi. Şübhəsiz ki, məhz bu səbəblərdən görkəmli şairin yaradıcılıq irsi bu gün də aktual və əhəmiyyətlidir”.
Şairənin fikrincə, görkəmli Azərbaycan şairi yeni nəsillərə ilham verməyə davam edir.
“Səməd Vurğun öz yaradıcılığında mədəni köklərin və milli kimliyin əhəmiyyətini aydın şəkildə vurğulayıb. Onun şeirləri və pyesləri bir çox dillərə tərcümə edilib. Beləliklə, onun zəngin irsi tarixi ənənələri və mədəni kimliyi gücləndirməklə yanaşı, həm də milli özünəməxsusluğu populyarlaşdırıb, onu ümumbəşəri dəyərlərə inteqrasiya edib. Səməd Vurğun yeni nəsil şairlərə ilham verməyə davam edən əhəmiyyətli poetik iz qoyub”, - deyə S. Sübhi vurğulayıb.
Müəllif - Anara Axundova
Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır
Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq