


Tramp: Xamenei ABŞ ilə danışıqlar prosesində iştirak edir
Bakı, 3 iyun, AZƏRTAC
İranın Ali Lideri Müctəba Xamenei Tehranın Vaşinqtonla danışıqlarında iştirak edir.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu “New York Post” qəzetinə müsahibəsində deyib. Birləşmiş Ştatların dövlət başçısının sözlərinə görə, Xamenei şübhəsiz ki, münaqişəyə son qoymaq prosesində iştirak edir.
O, həmçinin İranın Ali Lideri Ayətullah Müctəba Xamenei ilə görüşmək istədiyini də bildirib.
“Mən hər kəslə, o cümlədən Müctəba Xamenei ilə də görüşmək istərdim. Biz yəqin ki, nə vaxtsa görüşəcəyik. Bu, işlərin gedişindən asılı olacaq”, - deyə Donald Tramp vurğulayıb.
Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib
Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb