


Media: Fransanın nüvə silahının yerləşdirilməsi təşəbbüsü Aİ-də fikir ayrılığına səbəb olub
Bakı, 3 iyun, AZƏRTAC
Fransanın ölkə hüdudlarından kənarda nüvə silahı yerləşdirməklə bağlı təşəbbüsü Avropa İttifaqı (Aİ) ölkələri arasında fərqli reaksiyalara səbəb olub.
AZƏRTAC xəbər verir ki, “Euractiv” portalının məlumatına görə, Fransanın təklifi bir sıra Avropa ölkələrinin marağına səbəb olsa da, onun ABŞ-nin nüvə təminatına hansı əlavə üstünlüklər verəcəyi hələ də aydın deyil.
Prezident Emmanuel Makronun nüvə silahı daşımaq qabiliyyətinə malik “Rafale” təyyarələrinin tərəfdaş ölkələrin bazalarında yerləşdirmək ideyasına Almaniya, Niderland, Belçika, Yunanıstan, Polşa, İsveç və Danimarka maraq göstərib. Norveçin də layihə ilə maraqlandığı bildirilir. Lakin ABŞ-nin “nüvə çətirinə” üstünlük verən bəzi ölkələr, o cümlədən İtaliya və Baltikyanı dövlətlər təşəbbüsü dəstəkləməyib.
Qeyd edək ki, Fransanın nüvə potensialı ABŞ və Rusiya ilə müqayisədə xeyli məhduddur. Bu səbəbdən Paris nüvə silahı imkanlarının effektivliyini artırmaq üçün qabaqcıl aviabazalara və uyğun uçuş marşrutlarına ehtiyac duyur.
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar
Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib