


Fuad Nağıyev: Azərbaycanda qastroturizmin inkişafı üçün geniş potensial var
Şuşa, 28 aprel, AZƏRTAC
Azərbaycan zəngin və qədim mətbəx ənənələrinə malikdir və qastroturizmin inkişafı üçün geniş potensial var. Bu baxımdan qastroturizmin inkişaf etdirilməsi Dövlət Turizm Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdən biridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşada keçirilən Qastronomiya günündə çıxışı zamanı deyib.
“Qastronomiya turizmin inkişafına töhfə verdiyi kimi, milli mətbəximizi, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Bu kimi tədbirlər ölkələr arasında ortaq mətbəxin formalaşmasına, regional əməkdaşlığın inkişafına, sənaye nümayəndələrinin təcrübə mübadiləsinə, beynəlxalq platformalarda təmsil olunmasına dəstək verir”, – deyə F.Nağıyev bildirib.
Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin toyu təxirə salınıb
Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar