


Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
Naxçıvan, 7 avqust, AZƏRTAC
Bakı şəhərində yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində Azərbaycan MMA və Qrapplinq Federasiyası və “Turan” Döyüş Klubunun birgə təşkilatçılığı ilə MMA və qrapplinq idman növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında LFC turniri təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 46 klub 444 idmançının iştirak etdiyi turnirdə muxtar respublikanı “Turan” Döyüş Klubu təmsil edib. Baş məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi heyətdə 1 məşqçi və 22 idmançı olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Naxçıvan təmsilçiləri 26-sı qızıl, 17-si gümüş olmaqla, ümumilikdə 43 medal qazanıblar.
İdmançılardan Salman Rzayev (25 kiloqram), Tunar Hüseynli (59 kiloqram), Əbülfəz Cəfərov (59 kiloqram), Yusif Quluzadə (50 kiloqram), Qadir İsmayılov (76 kiloqram), Ravil Alməmmədov (76 kiloqram), Əsgər Heydərov (71 kiloqram) həm MMA, həm də qrapplinq idman növlərində qızıl medal qazanıblar. Digər idmançılardan MMA idman növü üzrə Əli Babazadə (30 kiloqram), Əli Kazımov (46 kiloqram), Kənan Hüseyinzadə (60 kiloqram), Musa Abdullayev (66 kiloqram), Elxan Muradov (54 kiloqram), Ərturan Axundov (58 kiloqram), Nəsimi Həziyev (59 kiloqram) qrapplinq idman növü üzrə isə Məhəmməd Kərimov, Yusif Əzimli, Tunar Abdullayev, Rəhim Quluzadə, Cəmaləddin Tağıyev (84 kiloqram) öz yaş və çəki kateqoriyalarında bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar.
Qeyd edək ki “Turan” Döyüş Klubu komanda hesabında II yerə layiq görülüb.
Müxbir- Nail Əsgərov
Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb