×
A
A
A
Sazlamalar

Qazaxıstanda ən böyük İES-də qəza baş verib

Astana, 28 iyun, AZƏRTAC

Qazaxıstanın ən böyük “Ekibastuz” İstilik Elektrik Stansiyasında qəza baş verib. Səkkiz enerji blokundan dördü dayandırılıb.
Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, qəza hər hansı məhdudiyyətlərə və ya enerji təchizatının kəsilməsinə səbəb olmayıb.
Baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.


Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

 

Dünya 2024-06-28 16:32:00