×
A
A
A
Sazlamalar

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Bakı, 7 may, AZƏRTAC

Türkiyə Superliqasında 35-ci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son gündə iki qarşılaşma baş tutub. Çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Konyaspor"la üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Günün digər matçında isə "Pendikspor" "Antalyaspor"u 2:1 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarını 90-a çatdıran "Fənərbağça" lider "Qalatasaray"dan 6 xal geri qalır. "Konyaspor" isə 37 xalla on altıncı yerdə qərarlaşıb.

İdman 2024-05-07 05:14:00