Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub
Naxçıvan, 6 may, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə yeniyetmələr (2012-2014-cü illər təvəllüdlü) arasında cüdo üzrə muxtar respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyasının (NGF) birgə təşkilatçılığı ilə reallaşan yarışda 78 idmançı mübarizə aparıb.
İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov, NGF-nin sədri Faiq İsgəndərov və digərləri təqdim ediblər.
Nəticələrə görə, Mehdi Cəfərli (27 kq), Ayaz Əliyev (30 kq), Davud Məmmədzadə (34 kq), Onur Fərzəliyev (38 kq), Məhəmməd Məmmədov (42 kq), İsmayıl Şükürlü (50 kq), Məhəmməd Əkbərov (50 kq), Elxan Abdullayev (50+kq) və Ləman Bağırova (28 kq) birinci yerə çıxıblar.
Qeyd edək ki, ACF-nin respublika dərəcəli hakimləri Vüsal Əliyev və Nəsimi Əhmədov da yarışda hakimlik ediblər.
Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib
Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır
Oğuzda qumbara və sursat aşkarlanıb