"Gəncləşən muğam" layihəsi Gəncədə
Bakı, 19 may, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə layihənin rəhbərləri, Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov və Təyyar Bayramov, gənc xanəndələr Elsevər Muradov, Ülviyyə Sədaqət, Pərvaz İbrahimli, Fatimə Hüseynova, Elgiz Əliyev, Ayşən Mediyeva, Valid Abdullayev, Sədəf Budaqova, Xəyal Hüseynov, Xəyalə Qafarzadə, Günay İmamverdiyeva, Nurlan Namazov, Mirəli Sarızadə, Ülkər Abdullayeva çıxış ediblər.
Gecədə "Mənim Azərbaycanım", "Şuşanın dağları", "Küçələrə su səpmişəm", "Qal sənə qurban", "Axtararsınız", "Sarı Bülbül", "Xudayar təsnifi", "Qarabağ", "Yaşa mənim xalqım" mahnıları səsləndirilib.
İncəsənət ustaları möhtəşəm çıxışları ilə tamaşaçılara xoş ovqat yaradıblar.
Naxçıvanda məktəb direktoru vəzifəsi üçün müsahibə keçiriləcək
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Naxçıvanda hərrac yolu ilə bələdiyyələrin hesabına daxilolmalar artıb