×
A
A
A
Sazlamalar

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də eyni məkanda Albaniya yığması ilə də beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

İdman 2024-05-06 15:25:00