×
A
A
A
Sazlamalar

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

Bakı, 6 may, AZƏRTAC

Kişi həndbolçuların Azərbaycan çempionatında XIX tura Bakıda start verilib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “AHF Arena”da keçirilən mərkəzi oyunda “Azəryol”la “Kür” üz-üzə gəlib.
Qarşılaşma “Kür”ün qələbəsi ilə başa çatıb - 31:22. Bu nəticə ilə xal ehtiyatını 28-ə çatdıran komanda çempionluq yolunda daha bir inamlı addım atıb.
Turun daha bir maraqlı qarşılaşması “Bakı” və “Qarabağ” komandaları arasında baş tutub. Paytaxt təmsilçisi rəqibini 30:23 hesabı ilə məğlub edib.
Aktivinə 26-cı xalı yazdıran “Bakı” komandası çempionluq uğrunda mübarizəni davam etdirir.

İdman 2024-05-06 15:00:00