Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub
Bakı, 18 may, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Xorvatiyanın Osiyek şəhərində Slovakiya seçməsi ilə qarşılaşıb.
Qradski tədris və idman zalında reallaşan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün eyni məkanda Xorvatiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.
NBA-da daha altı oyun keçirilib
Azərbaycan-Kosovo görüşünü idarə edəcək hakimlər açıqlanıb
“Sumqayıt” klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib