Qaxda Kürmükoba bayramı qeyd olunub
Qax, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
Qaxdakı Kürmük məbədində ildə iki dəfə - may və noyabr aylarında Kürmükoba bayramı keçirilir. Bayramda dini ayinlər icra olunur, qurbanlar kəsilir, el gəzintisi təşkil edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 6-da Kürmük məbədində növbəti bayram mərasimi keçirilib. Rayon sakinləri - azərbaycanlılar, ingiloylar, gürcülər, digər xalqların nümayəndələri, həmçinin ətraf rayonlardan gələn qonaqlar əsl tolerantlıq örnəyi nümayiş etdirərək, səhər saatlarından başlayaraq birlikdə məbədi ziyarət edib, dini ayinləri yerinə yetirib, qurbanlar kəsiblər.
Erkən orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların ibadətgah yeridir. Dövlətimiz tərəfindən tarixi abidə kimi qorunan Kürmük məbədi, həm də xalqımızın tarixi yaddaşı, Azərbaycanın maddi-mədəni irsidir.
"Gəncləşən muğam" layihəsi Gəncədə
32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO
Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO